"İnsan. Mədəniyyət. Dünya"

 

Mədəniyyət və turizm naziri III Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib

 

Dekabrın 7-dən 9-dək Sankt-Peterburq şəhərində Rusiya Dövlət Ermitaj Muzeyinin 250 illiyinə həsr edilmiş "İnsan. Mədəniyyət. Dünya" adlı III Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumda iştirak edib.

 

Səfər çərçivəsində nazir forumun açılış mərasimində və "Mədəniyyət siyasətinin əsasları: mədəniyyətdə innovasiyalarmüasir dövrün çağırışları" mövzusunda dəyirmi masada iştirak edib. Foruma UNESCO-nun baş direktoru İrina Bokova, 40-dək ölkədən qonaqlar qatılıblar.

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu mədəniyyət siyasəti sahəsində dövlət rəsmilərini, mütəxəssisləri bir araya gətirən, açıq dialoqafikir mübadiləsinə imkan yaradan ənənəvi illik toplantıdır. Builki forum Ermitaj Muzeyinin 250 illiyinə həsr edilib. Bu tədbir həmçinin 2014-cü ildə Rusiyada qeyd edilən “Mədəniyyət ilini yekunlaşdırır.

Səfər müddətində nazir Əbülfəs Qarayevin Rusiyanın mədəniyyət naziri Vladimir Medinski, Çin Xalq Respublikasının mədəniyyət naziri Tsai Vu, Kubanın mədəniyyət naziri J.G.Toledo, Qazaxıstanın mədəniyyət və idman naziri A.Muxammediulı, Livanın mədəniyyət naziri R.Araygi və Serbiyanın mədəniyyət və informasiya naziri İ.Tasovac ilə görüşləri keçirilib. Görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir həmçinin Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin katibi Y.Qriqoriyev, Dövlət Ermitaj Muzeyinin direktoru M.Piotrovski, məşhur ispan arxitektoru Santyaqo Kalatrava Vals ilə görüşüb.

Forum çərçivəsində təşkil edilmiş konsertdə məşhur azərbaycanlı tenor Yusif Eyvazovun çıxışı olub. Onun ifası sürəkli alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 3.