Avropada mədəniyyət siyasəti və təmayülləri

 

4-5 dekabr tarixində Avropa Şurası, Belçika hökuməti və Avropa Müqayisəli Mədəni Tədqiqatlar İnstitutu ("ERİK-arts") tərəfindən birgə təşkil olunmuş "Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu" adlı beynəlxalq layihənin Milli Müəlliflərinin Assambleyasında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin sektor müdiri Yaşar Hüseynli təmsil edib.

Toplantıda "Kompendiumun keyfiyyəti, yeni xüsusiyyətləri və imkanları", "Mədəniyyətin demokratik inkişafa təsiri", "Avropa mədəniyyət indeksi", "Avropada mədəniyyət və yaradıcılıq sahələrinin əsl dəyərləri" kimi mövzular ətrafında müzakirələr aparılıb.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri "Kompendium - milli mədəniyyət konsepsiyalarının beynəlxalq mənbəsi kimi" mövzusunda məruzə-təqdimatla çıxış edərək mədəniyyət siyasətinin təminat mexanizmlərindən və mədəniyyət fəaliyyətinin əsas istiqamətlərindən danışıb.

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 3.