Narkomaniya - uçuruma aparan yol

 

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında 18 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Narkomaniya - uçuruma aparan yol” adlı dəyirmi masa keçirilib.

Kitabxananın multimedia mütəxəssisi Məmmədli Leyla çıxış edərək “əsrin bəlası”nın cəmiyyət və fərdlər üçün təhlükəsindən söz açıb. Kitabxananın müdiri Nailə Tağıyeva və 18 saylı məktəbin kitabxanaçısı Rəfiqə Cavadova da narkomaniyanın doğurduğu fəsadlardan bəhs ediblər. Sonra şagirdlərlə birgə diskussiya aparılıb, mövzu ilə bağlı slaydvideo-film nümayiş olunub.

 

Səbinə Qasımova,

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasının multimedia mütəxəssisi

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 15.