Məqalə
müsabiqəsinə yekun vurulub
Dekabrın 9-da Azərbaycan Mətbuat Şurasının “Ulduz” şokolad fabriki ilə birlikdə keçirdiyi “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda məqalə müsabiqəsinə yekun vurulub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, müsabiqənin məqsədi jurnalistlərin ölkəmizdə qida sənayesi ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şuranın bir sıra aidiyyəti təşkilatlarla bu istiqamətdə reallaşdırdığı təşəbbüslərdən bəhs edən Əflatun Amaşov belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini vurğulayıb.
İctimai Yayım Şurasının sədri, BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, MŞ-nin idarə heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli də belə layihələrin əhəmiyyətindən, jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyindən danışıblar.
“Ulduz” şokolad fabrikinin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi müəssisənin media ilə daim təmasda olduğunu, bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini deyib.
Sonra müsabiqədə fərqlənənlərə
diplom, təşəkkürnamə və
hədiyyələr təqdim edilib.
Oktyabrın 25-dən noyabrın 25-dək davam
edən müsabiqəyə ümumilikdə 48 yazı təqdim
edilib. Bir nəfər
1-ci, 2 müəllif 2-ci, 3 nəfər 3-cü yerə, daha 17 yazı müəllifi isə həvəsləndirici
mükafatlara layiq görülüb.
Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 15.