Sönməz düha
Dekabrın 9-da İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) ulu öndərin anım günü ilə bağlı “Heydər Əliyev dühası sönməzdir” adlı tədbir keçirilib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov ümummilli liderin həyat və fəaliyyətindən söz açıb. Bildirilib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı, adət-ənənələrimizin yaşadılması və təbliği sahəsində misilsiz işlər görüb.
Heydər Əliyev adına İsmayıllı
Mədəniyyət Mərkəzinin direktoru
Təhmuraz Bayramov, MKS-nin
direktoru Ələddin Əliyev,
müğənni Sahibə Abdullayeva
çıxış edərək dahi
şəxsiyyətin mədəniyyət və incəsənət
xadimlərinə qayğısından danışıblar.
Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 11.