Yeniyetmə ifaçının solo konserti

 

Dekabrın 9-da Fazil Əzimov adına İsmayıllı uşaq incəsənət məktəbinin şagirdi Ayşə Səfərovanın solo konserti keçirilib. Tədbirdə Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər. Konsertdə görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səslənib. Qeyd edək ki, uşaq incəsənət məktəbinin 3-cü sinfində təhsil alan Ayşə Səfərova “E-tvininq” layihəsində və Moskvada keçirilən “Distantmusiqi müsabiqəsində uğurla iştirak edib.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 11.