“Gərək nəbzin
Vətənin nəbzilə vursun”
Dekabrın 9-da Məmməd Səid Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi ilə birgə ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə “Gərək nəbzin Vətənin nəbzilə vursun” adlı anım mərasimi keçirilib.
Tədbirdə M.S.Ordubadinin xatirə muzeyinin direktoru L.Abaszadə, Dövlət Din Tarixi Muzeyinin direktoru M.Babayeva ulu öndərin dövlətçilik fəaliyyətindən, Azərbaycan tarixində misilsiz xidmətlərindən danışıblar. Şairə Z.Dəmirçi ulu öndərə həsr etdiyi şeirlərini oxuyub. Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin ədəbi-diyarşünaslıq dərnəyinin üzvləri Heydər Əliyev haqqında şeirlər söyləyiblər.
Sonda xatirə muzeyinin direktoru L.Abaszadə
Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzinin üzvlərinə tədbirdə
fəal iştiraklarına görə fəxri fərmanlar təqdim
edib. Tədbir iştirakçıları
muzeydə ümummilli liderin
həyat və fəaliyyətini əks etdirən guşə
ilə də tanış olublar.
Mədəniyyət.- 2014.- 12
dekabr.- S.7.