Böyük Britaniya universitetindəAzərbaycan günü

 

Böyük Britaniyanın “City” Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı iləAzərbaycan günükeçirilib. Tədbirdə müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.

Cəmiyyətin sədri Azər Əsgərov rəhbərlik etdiyi qurumun fəaliyyəti gələcək planları haqqında danışıb. Azərbaycanın tarixi, mədəniyyəti strateji mövqeyi haqqında məlumat verən A.Əsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində paytaxt Bakının köhnə müasir görüntülərini əks etdirən videoçarx nümayiş etdirilib, həmçinin fotosərgi təşkil edilib. Tədbirdə iştirak edən tələbələrə ölkəmizin mədəniyyətini, tarixini, incəsənətini, turizm potensialını s. əks etdirən jurnal bukletlər paylanıb. “Azərbaycan günüxarici qonaqlarda böyük maraq doğurub.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 5.