Gənc Tamaşaçılar Teatrından yeni mükafat

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzi daha bir yeniliyə imza atıb. Teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və həvəsləndirilməsi məqsədilə birgə mükafat təsis edilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festivalqastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyətinin üzvləri “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə mükafatlandırılacaqlar.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 5.