Şairin müqəddəs arzusu

 

Onun müqəddəs arzusu böyük sevgisinin nümayişi, sonsuz bağlılığının təntənəsi idi. Yəqin elə buna görə də ilğım kimi canımıza işləyib, ruhumuza hopan ölümü Vətən torpağını qucmaq əzəmətində möhtəşəm və kövrək təqdim edə bilirdi:

 

Kim sevməsə, öz yurdunu,

Bu dünyadan naçar gedər.

eldə bir nişan qoyar,

qəlbə nur saçar gedər.

 

Gəzdim göllər, çaylar üstə,

Gül bağladım dəstə-dəstə.

Şair Nəbi son nəfəsdə

Bu torpağı qucar gedər...

 

Dekabrın 10-da Akademik Milli Dram Teatrında Xalq şairi, dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 90 illik yubiley tədbiri poeziyasevərləri, Xəzrisevərləri bir şeir kəhkəşanına apardı. Şairin sonsuz ilhamında arzu etdiyi əbədi səadətə, yaşama, sevgiyə köklədi...

Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqındaPrezident İlham Əliyevin 2014-cü il 25 iyun tarixli sərəncamı əsasında Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan gecədə şairin zəngin irsinə yenidən nəzər salındı, yaratdığı bənzərsiz nümunələr poetik dildən musiqi ladlarına köçərək həzin bir ovqat yaratdı.

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev görkəmli ədibin həyat yolundan yaradıcılığından söz açdı. Bildirdi ki, Nəbi Xəzri geniş hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist tərcüməçi kimi şöhrət qazanıb: “Şübhəsiz ki, Nəbi Xəzrinin ədəbi-ictimai fəaliyyətinə qiymət vermək, onun bədii axtarışlarını təhlil etmək ədəbiyyat bilicilərinin vəzifəsidir. Şairin imzası erkən yaşlarından parlamış, onun məhsuldar yaradıcılığı dövrün alimləri, şairləri, yazıçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün onun haqqında kitablar, məqalələr yazılır, elmi araşdırmalar aparılır. Əgər bütün bunları bir cümlə ilə ifadə etmiş olsaq, onda biz tərəddüd etmədənNəbi Xəzri qüdrətli şairdirqənaətinə gələcəyik. Çünki şairlik ədibin şəxsiyyətinin işıq saçan aynasıdır. Ötən əsrin 40-50-ci illərindən başlayaraq Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Qabil, Nəriman Həsənzadə, Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza digər şairlərlə bir sırada Nəbi Xəzri parlaq istedadla sənət meydanına gələrək Azərbaycan şeirinə yeni hava gətirmişdir”.

İlk gənclik illərindən başlayaraq ömrün müdrik çağlarına qədər Nəbi Xəzri yaradıcılığının təməl obrazı vətənimiz, doğma Azərbaycandır: “Qızıl qumlu Abşeronda dünyaya göz açıb özünə Xəzri təxəllüsü götürsə , şair uca boylu çinarlardan, əzəmətli dağlardan, əlçatmaz zirvələrdən ilham alaraq mənalı əsərlər yaradırdı. Onun əsərlərində qüdrətli şairlərə xas olan geniş bir nəfəs, göy üzünün ucalığı hüdudsuzluğu hiss olunur. Şairin rəvan, axıcı şeirləri doğma dilimizin ifadə imkanlarını genişləndirmək dərəcəsində dəyərli hikmətlidir”.

Nəbi Xəzrinin insanın mənəvi aləmini ustalıqla əks etdirdiyini, bəşəri milli dəyərləri birləşdirərək insan təbiətə dair zəngin bir poeziya yaratdığını xatırladan Əbülfəs Qarayev onun şeir poemalarında vətənə, torpağa sevgi, dövlətə sədaqət, doğma ana dilinə məhəbbətin əsas ideyalar olduğunu dedi: “Şairin qələmə aldığı bənzərsizAzərbaycanşeiri digər bir qüdrətli sənətkar - Müslüm Maqomayevin bəstəsində ifasında ölkələr dolaşmış, Azərbaycan adlı yurdun varlığını dünyaya bəyan etmiş etməkdədir”.

Nazir ədibin geniş yaradıcılıq palitrasında dramaturgiyanın da xüsusi yer tutduğunu diqqətə çatdırdı, müəllifinSən yanmasan”, “Mirzə Şəfi Vazeh”, “Əks-səda”, “Mənsiz dünya”, “Torpağa sancılmış qılınc”, “Burla Xatun s. dramlarının geniş tamaşaçı rəğbəti qazandığını yada saldı. Vurğulandı ki, Nəbi Xəzri nəinki ölkəmizdə, bütün postsovet məkanında dünyada tanınan, sevilən şairdir. Onun otuza yaxın kitabı müxtəlif xalqların dilində işıq üzü görüb. Nəbi Xəzri özü Lermontov, Tvardovski başqa rus şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib.

Xalq şairinin dərin məzmunlu yaradıcılığı zaman-zaman bəstəkarların diqqətini çəkib, onun sözlərinə musiqilər bəstələnib, “Dərələr”, “Mavidir”, “Gələrmi, gəlməzmi?”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Güllərim”, “ çiçəyim s. mahnıları neçə-neçə ifaçı nəslinin yetişməsinə imkan yaradıb.

Qeyd olundu ki, həyatın müxtəlif sahələrində böyük uğurlara imza atan Nəbi Xəzri həm görkəmli ictimai xadim kimi tanınıb. O, Azərbaycan Yazıçılar İttifaqının katibi, Dövlət Televiziya Radio Verilişləri Komitəsi sədrinin müavini, Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. Şair uzun illər Azərbaycanın Xarici Ölkələrlə Dostluq Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik edib, sonradan "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən təşkilatın prezidenti olub.

Nəbi Xəzrinin zəngin çoxşaxəli yaradıcılığı xalq tərəfindən sevilib, dövlət səviyyəsində yüksək qiymətləndirilərək orden medallara, SSRİ-nin Azərbaycanın Dövlət mükafatlarına, Əməkdar incəsənət xadimi Xalq şairi fəxri adlarına, müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - "Şöhrət" "İstiqlal" ordenlərinə layiq görülüb.

Yubiley mərasimində Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək şairi XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahibi kimi dəyərləndirdi. Onun imzasının hələ gənc yaşlarından diqqəti cəlb etdiyini, əsərlərinin mövzu zənginliyi ilə seçildiyini dedi: “Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb. Onun poeziyası insanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən bir yaradıcılıqdır. Buna görə də müəllifin dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti ilə seçilən ədəbi irsi geniş oxucu kütləsinin rəğbətini qazanıb”.

Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva şairin yaradıcılığını müasir poeziyamızın parlaq səhifələrindən biri kimi qiymətləndirdi. Ədəbi təhlillər aparaq şairin mövzu dairəsinin genişliyindən və hər bir əsərindəki müəllif nəfəsinin hərarətindən bəhs etdi.

Nəbi Xəzrinin yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə ailələri adından minnətdarlığını bildirən Arzu Babayev atası barədə xatirələrini bölüşdü, şair üçün vətən, millət sevgisinin daim əsas olduğunu dedi.

Çıxışlardan sonra söz şairin ən gözəl duyğularını dilə gətirdiyi şeirlərinə və onların musiqi qanadlarında pərvazlanan seçkin nidalarına verildi. Dillər əzbəri olan mahnılar tanınmış xanəndələr və estrada ulduzlarının ifasında səsləndikcə tamaşaçılar Nəbi Xəzrinin arzu etdiyi bir təntənədə - böyük sevginin ağuşunda yaddaşlarını təzələdilər.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 4.