Türkiyə və
Azərbaycan mediası:tarixi müqayisələr və ənənəvi
mediadan onlayn mediaya keçid
Dekabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi, TRT-nin və “Anadolu” agentliyinin ölkəmizdəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransda TRT
telekanalının baş direktoru
Şenol Goka,
Türkiyə Mətbuat və İnformasiya
İdarəsinin rəhbəri Əli Günəş,
türkiyəli media təmsilçiləri,
ölkəmizin aparıcı kütləvi informasiya
vasitələrinin rəhbərləri iştirak
edib. Qeyd edək ki, Türkiyə media
nümayəndələrinin səfər proqramına ölkəmizin
telekanallarında çıxışları, Quba
məzarlığını ziyarət, Bakı Dövlət
Universitetində və Bakı Slavyan
Universitetində tələbələrlə görüş
daxildir. TRT-nin baş direktoru Şenol Gökanın AzTV,
İTV və özəl televiziyaların rəhbərləri,
Azərbaycan Mətbuat Şurasının sədri ilə
görüşləri nəzərdə tutulub.
Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 4.