Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin təqdimat konserti

 

Azərbaycan estradasının zəngin musiqi irsinin yaradıcılıq ənənələrinin qorunmasını, təbliği dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədilə 2014-cü il 1 aprel tarixində Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının nəzdində estrada-simfonik orkestri yaradılıb.

Dekabrın 16-da Heydər Əliyev Sarayında estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək. Kollektivin bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar, Əməkdar artist Salman Qəmbərov, dirijoru Azər Allahverdiyevdir.

Konsertdə Əməkdar artist Xəyyam Mustafazadə tanınmış müğənnilər Samirə Allahverdi, Aynur İsgəndərli, İlhamə Qasımova Mədinə Kazımova iştirak edəcəklər. Konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 3.