Hüseyn Cavidin
ev-muzeyində dahi rəhbərin anım mərasimi
Dekabrın 11-də
Hüseyn Cavidin
ev-muzeyində ulu öndər Heydər
Əliyevin vəfatının 11-ci ildönümü
ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ümummilli liderin şərəfli ömür yolundan və fəaliyyətindən söhbət açıb. Diqqətə çatdırılıb ki, ulu öndər zəngin siyasi fəaliyyəti boyu digər sahələrlə yanaşı, ədəbiyyatımızın görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, ədəbi prosesin inkişafı üçün böyük işlər görüb.
Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva ulu öndərin Hüseyn Cavid irsinə qayğısından danışıb. Vurğulanıb ki, Hüseyn Cavid sənətinə böyük maraq göstərən ümummilli lider dahi sənətkarın irsinə layiqli qiymətin verilməsi üçün əvəzsiz xidmətlər göstərib.
1982-ci ilin
oktyabrında ulu öndərin
tapşırığı ilə Hüseyn
Cavidin nəşinin Sibirdən Azərbaycana
gətirilməsində iştirak etmiş Həmid Cəfərov həmin hadisəni
xatırlayaraq Heydər Əliyevin yüksək
etimadını doğrultduğu üçün qürur duyduğunu deyib.
Mədəniyyət.- 2014.- 12
dekabr.- S. 3.