Azərbaycan xalçaları Moldova yarmarkasında

 

Azərbaycanın Moldovadakı səfirliyi bu ölkədə ilk dəfə keçirilən xalça yarmarkasında iştirak edib. Moldova Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə KişineudaMoldekspo” sərgi mərkəzində təşkil edilən yarmarkada Azərbaycan fəxri qonaq statusunda təmsil olunub.

 

Azərbaycan səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin səyləri ilə hazırlanan pavilyonumuz ziyarətçilərin böyük marağını cəlb edib. Burada Azərbaycanın Qarabağ, Şirvan, Gəncə, Quba, Qazax-Borçalı, Təbriz xalçaçılıq məktəblərinin 20-dək xalça nümunəsi nümayiş etdirilib. Azərbaycan Xalça Muzeyinin mütəxəssisləri qonaqlara milli xalçaçılıq sənətimizin xüsusiyyətləri barədə informasiya veriblər, qonaqlara Azərbaycan xalçaları ilə bağlı kitabalbomlar hədiyyə edilib.

Azərbaycan pavilyonunun ziyarətçiləri arasında Moldova Prezidentinin xanımı Marqarita Timofti, mədəniyyət naziri Monika Babuk, ombudsman Aurelia Qriqoriu, xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Valeri Kiver, deputatlar, xarici diplomatlar olublar.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 16.