Finlandiyada azərbaycanlı rəssamın kitab-albomunun təqdimatı

 

Finlandiyanın paytaxtı Helsinkidə bu ölkədə yaşayan azərbaycanlı rəssam Çingiz Abbasovun əsərlərindən ibarət kitab-albomun təqdimatı keçirilib. Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin təşkil etdiyi təqdimat mərasimində bir sıra yerli mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Çingiz Abbasov Azərbaycan incəsənətini dünyada tanıdan müasir rəssamlarımızdan biridir. O, 1990-cı illərdə öz əsərlərini ilk dəfə Finlandiyada, daha sonra isə Avropanın digər ölkələrində nümayiş etdirib. Nyu-YorkdaArtekspo” və “İtaliya Florensiya biennalesikimi beynəlxalq sərgilərdə iştirak edib. Rəssamın 200 əsərindən ibarət kitab-albom ABŞ-da nəşr edilib. Kitab Xəzər dənizi, Bakının qədim və dinamik inkişaf edən bir şəhər kimi təsvirlərindən ibarətdir.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 16.