"Hüquqlarım
məni qoruyur"
Bakı Modern Məktəbində 10 dekabr - İnsan Hüquqları Günü ilə əlaqədar "Hüquqlarım məni qoruyur" adlı tədbir keçirilib.
Tədbiri məktəbin direktoru Gülarə Əfəndiyeva açaraq ölkəmizdə insan hüquqları sahəsində görülən işlər haqqında danışıb. Direktor əlamətdar gün ərəfəsində məktəbdə insan hüquqları ilə bağlı sorğu keçirildiyini, şagirdlərin bu sahə üzrə biliklərinin yoxlanıldığını bildirib.
Tədbirdə 5-ci sinif şagirdləri arasında keçirilən sorğunun nəticələri elan olunub. Sonra şagirdlərin sorğu əsasında hazırladığı tamaşa nümayiş olunub.
Tədbirdə iştirak edən
Ombudsman aparatının nümayəndəsi
Faiq Ağayev və Abşeron Rayon Məhkəməsinin
hakimi Şövkət Nəcəfova
şagirdlərlə uşaq
hüquqlarını müzakirə ediblər, onları
maraqlandıran sualları cavab veriblər.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 13.