Türkiyənin media nümayəndələri Qubada
olublar
Xəbər verdiyimiz kimi, dekabrın 11-də «Türkiyə
və Azərbaycan mediası: tarixi müqayisələr və
ənənəvi mediadan
onlayn mediaya keçid» mövzusunda konfrans keçirilib. Konfransa qatılmış türkiyəli
media təmsilçiləri Qubada olublar.
Quba Rayon İcra
Hakimiyyətinin başçısı
Mübariz Ağayev qonaqlarla görüşdə
bölgənin tarixi və bu günü
barədə danışıb. Qubada 1918-ci ildə
erməni-daşnak qüvvələrinin
törətdikləri vandalizm
aktları barədə
söz açan icra başçısı
türkiyəli media təmsilçilərinə
həmin soyqırımının
izlərini yaşadan toplu məzarlıq barədə məlumat verib.
Qonaqlar Quba məzarlığına və
Quba Soyqırımı
Memorial Kompleksinə baş
çəkiblər.
Sonra Quba şəhərindəki Heydər
Əliyev Mərkəzində
türkiyəli media nümayəndələri
ilə Qubada və ətraf bölgələrdə fəaliyyət
göstərən KİV təmsilçilərinin
görüşü olub.
Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Afət Həsənova, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, «haber7.com» saytının rəhbəri İbrahim Ərdoğan və başqaları çıxış edərək tarixi həqiqətlərin dünyaya çatdırılmasında iki ölkənin media mənsublarının üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıblar. Bildirilib ki, qondarma «soyqırımı»nın 100 illiyini qeyd etməyə hazırlaşan erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı tutarlı adekvat addımlar atılmalıdır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlarla görüşdə bölgənin tarixi və bu günü barədə danışıb. Qubada 1918-ci ildə erməni-daşnak qüvvələrinin törətdikləri vandalizm aktları barədə söz açan icra başçısı türkiyəli media təmsilçilərinə həmin soyqırımının izlərini yaşadan toplu məzarlıq barədə məlumat verib.
Qonaqlar Quba məzarlığına və Quba Soyqırımı Memorial Kompleksinə baş çəkiblər.
Sonra Quba şəhərindəki Heydər Əliyev Mərkəzində türkiyəli media nümayəndələri ilə Qubada və ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçilərinin görüşü olub.
Görüşdə Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini vəzifəsini icra
edən Afət Həsənova, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, «haber7.com»
saytının rəhbəri İbrahim
Ərdoğan və başqaları
çıxış edərək tarixi həqiqətlərin
dünyaya çatdırılmasında iki ölkənin media mənsublarının
üzərinə mühüm məsuliyyət
düşdüyünü
vurğulayıblar. Bildirilib ki, qondarma
«soyqırımı»nın 100 illiyini qeyd etməyə hazırlaşan erməni lobbi və diaspor təşkilatlarının
fəaliyyətinə qarşı tutarlı adekvat
addımlar atılmalıdır.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 11.