Xalqa bağışlanan ömür
Dekabrın 11-də Şirvan şəhər Mərkəzi kitabxanasında ulu öndərin vəfatının ildönümü münasibətilə keçirilən anım mərasimində MKS-nin direktoru İltifat Nəbiyevin “Xalqa bağışlanan ömür” mövzusunda məruzəsi dinlənilib. Mərkəzi kitabxananın əməkdaşları Alma Cəfərova, Vəzufə Xuduyeva və oxucular çıxış edərək Heydər Əliyevin dövlətçiliyimizin inkişafı yolunda əvəzsiz xidmətlərindən söz açıblar.
Mərasimdə “Ümummilli
lider Heydər Əliyev”
başlıqlı sərgi və slayd nümayiş etdirilib. Tədbir
şəhər 21 saylı orta məktəbin
şagirdlərinin təqdim etdiyi ədəbi-bədii
kompozisiya ilə başa
çatıb.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 11.