Lənkəranın mədəniyyət ocaqlarında xatirə mərasimi

 

Dekabrın 11-də Lənkəran şəhər Mərkəzi kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbirdə MKS-in əməkdaşı Şahanə Şirvanzadə çıxış edərək Heydər Əliyev irsinin müasir gənclərin formalaşmasında rolu haqqında danışıb. Sonda iştirakçılar ulu öndərə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Şəhərdəki Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərində ulu öndərə həsr olunmuş açıq dərslər təşkil olunub.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 11.