Ulu öndərə xalq
sevgisi
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Pərvanlı kənd kitabxana filialında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib.
Çıxış edənlər ölkəmizin bugünkü firavan günləri üçün ulu öndərə minnətdar olduqlarını bildiriblər. Tədbirdə qonaq qismində iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının məktəblilərlə diskussiyası olub. Şagirdlərin çıxışları maraqla qarşılanıb.
Ümummilli liderin
anım günü ilə bağlı MKS-nin Qoruqbağı kənd kitabxana
filialında da kənd mədəniyyət
evi və orta məktəbilə
birgə "Əfsanəyə çevrilən insan" mövzusunda dəyirmi
masa təşkil olunub.
Filialın müdiri Rəsmiyyə Əhmədova
ulu öndərin həyat və fəaliyyəti
barədə məruzə edib, şagirdlər
dahi şəxsiyyət haqqında
şeirlər söyləyiblər.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 11.