Kitabxanada anım tədbiri
Dekabrın 11-də Qazax rayon Mərkəzi kitabxanasında Mehdi Hüseyn adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 4 sinif şagirdlərinin iştirakı ilə ümummilli liderə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi” adlı anım mərasimi keçirilib.
Tədbiri sinif müəlliməsi Nərmin Yusifova açaraq Heydər Əliyevin xalqın birliyi, ölkəmizin qüdrəti naminə yorulmaz fəaliyyətindən danışıb. İnformasiya-resurs şöbəsinin operatoru Könül Əsgərova ümummilli liderin həmişə təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət göstərdiyini bildirib.
Şagirdlər ulu öndərə
həsr olunmuş bədii əsərlərdən
parçalar, böyük
liderin hikmətli fikirlərindən
nümunələr söyləyiblər. Uşaqların
ifasında “Heydər xalqım deyəcək, xalq
Heydər söyləyəcək” mahnısı səslənib.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 11.