Dastana dönən ömür
Qusar Dövlət Ləzgi Dram Teatrı müasir Azərbaycan
dövlətinin banisi, ulu
öndər Heydər Əliyevin anım günü
ilə bağlı Xalq şairi
Zəlimxan Yaqubun “Böyük
ömrün dastanı” poemasını səhnələşdirib.
Görkəmli siyasətçinin keçdiyi
həyat yolunu və zəngin siyasi fəaliyyətini əks etdirən səhnə
əsəri tamaşaçıların marağına səbəb
olub, vətənpərvərlik hisləri
aşılayıb. Faiq Qardaşovun
quruluş verdiyi
teatrlaşdırılmış ədəbi-bədii kompozisiyada ulu öndərin
həyat və fəaliyyətini əks etdirən videomateriallardan istifadə olunub.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 11.