Təbiətə,
Vətənə bağlı şairin 80 illik yubileyi
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) “Natəvan”
klubunda tanınmış şair
Oqtay Rzanın 80 illik yubileyi qeyd olunub.
Elm,
mədəniyyət, incəsənət xadimləri, şairin
dostları və ictimaiyyət nümayəndələrinin
iştirak etdikləri tədbirdə birliyin katibi, Xalq şairi
Fikrət Qoca həmkarını yubileyi münasibətilə
təbrik edib, ədəbiyyatımızdakı mövqeyindən
söhbət açıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub yubilyarın poeziyasından nümunələr gətirərək, onlardakı poetik vüsət, səmimilik, təbiətə, Vətənə bağlılıqdan danışıb. Onun təravətli şeirlərinin təkcə adi poeziya həvəskarını deyil, şeir-sənət adamını da heyran qoyduğunu, insana böyük zövq verdiyini, ruhu oxşadığını vurğulayıb.
Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, şair Çingiz Əlioğlu, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, ədəbiyyatşünas-tənqidçilər, filologiya elmləri doktorları Asif Rüstəmli, Vaqif Yusifli və başqaları Oqtay Rzanın şeirlərində nəciblik, dosta sədaqət, Vətənə, torpağa bağlılıq hissinin ana xətt təşkil etdiyini diqqətə çatdırıb, şairin əsərlərini Azərbaycanın “ədəbi atlası” adlandırıblar.
Bildirilib ki, indiyədək şairin 25 kitabı nəşr edilib. Onun müxtəlif
illərdə yazdığı
bir çox əsəri müəllifin
yüksək intellektindən,
şeirlərindəki zənginlik
və rəngarənglik
isə şair qələminin özünəməxsus
poetikliyindən, könül
dünyasını çox
təbii, sadə dillə oxucusuna aça bilməsindən xəbər verir.
Tədbirdə şairin dərs dediyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin
ifasında şeirləri
səsləndirilib.
Sonda Oqtay Rza çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 10.