Azərbaycan Konqreslər Bürosunun sıraları genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı artmaqdadır. Ölkənin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən qurum "Park Inn by Radisson Azerbaijan" mehmanxanasını öz sıralarına qəbul edib.

Büro ilə uğurlu əməkdaşlığa başladıqlarını deyən hotelin nümayəndəsi bunun nəticədə Azərbaycanda biznes turizm bazarının inkişafına töhfə olacağını bildirib.

Qeyd edilib ki, "Park Inn by Radisson Azerbaijan" ölkənin turizm bazarı iştirakçılarına geniş çeşidli MİCE təsisləri təklif edən yeganə 4 ulduzlu beynəlxalq mehmanxana brendidir. Hotel şəhərin mərkəzində, işgüzar və əyləncə məntəqələri, eyni zamanda tarixi abidələrlə bir arada yerləşir.

Mehmanxanada Xəzər dənizinə və bulvara bənzərsiz mənzərəsi olan 248 otaq, tam təchizatlı biznes mərkəzi, banket zalı, konfrans otaqları və restoranlar var.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 8.