Bakıda Ukrayna art-layihəsinin təqdimatı

 

“Natəvan” qalereyasında Ukraynanın “Bereq” (“Sahil”) art-layihəsi təqdim olunub. Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko layihəni yüksək qiymətləndirib, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirib.

Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov vurğulayıb ki, “Bereqolduqca parlaqqeyri-ordinar layihədir, Ukraynada istedadlı adamlar çoxdur və bakılıların Ukrayna incəsənətini öz gözləri ilə görmək imkanı əldə etməsi sevindirici faktdır.

Müəlliflərin hər birinin təsəvvüründə ayrıca sahil obrazı var. Bu fəlsəfi kateqoriya insanı ruhlandırır və ona yaradıcılıq ideyaları verir. Layihə müəlliflərin yüksək zərgərlik və rəngkarlıq sənətini konseptual baxımdan birləşdirən “jewelry&artekspozisiya istiqamətində icra edilib. Layihənin kuratorları Yuliya Nujina (Ukrayna) və Nurziya Xəlilovadır (Azərbaycan).

Pyotr Lebedinets, Pyotr Bevza, Konstantin Pavlişinin işləri və “Beau Varie” zərgərlik-rəngkarlıq studiyasının məhsulları bakılı sənət sərraflarının böyük marağına səbəb olub. Sərgi dekabrın 19-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 8.