“Fələklər yandı ahimdən...”

 

Xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyində Məhbubə Hacıyevanın dünya şöhrətli sənətkara həsr etdiyi “Fələklər yandı ahimdən...” romanının təqdimatı keçirilib.

Ev-muzeyinin direktoru İradə Abdinova deyib ki, bu təqdimat rəssamın 105 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamıdır. O, yeni kitabı fırça ustasının şəxsiyyətinə, sənətkarlığına olan hörmət və marağın nəticəsi kimi dəyərləndirib. Bildirib ki, belə əsərlər gənclərə həm Səttar Bəhlulzadə sənətini, həm də ümumilikdə Azərbaycan incəsənətini daha yaxından tanımağa təkan verəcək.

Müəllif Məhbubə Hacıyeva əsərin əsas qayəsi, məzmunu haqqında ətraflı məlumat verib. Romanda rəssamın həyatı, yaradıcılığı, yaşadığı Əmircan qəsəbəsinin tarixi bədii formada təsvir olunub. Tədbirdə çıxış edənlər Səttar Bəhlulzadə haqqında xatirələrini və romanla bağlı fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 8.