“Zamanın dörd rəngi”

 

Tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsmlərindən ibarət 2015-ci il üçün divar təqvimi nəşr olunub. Nəfis tərtibatla Azərbaycan və ingilis dillərində çapdan çıxan təqvimin ilk səhifəsi istedadlı rəssam Məryəm Ələkbərlinin yaradıcılığı haqqında məlumatla başlanır.

Bildirilir ki, 1991-ci ildə Bakıda anadan olan Məryəm Ələkbərli erkən yaşlarından incəsənətlə məşğul olmağa başlayıb. Onun Bakı, Berlin, Paris, Moskva, İstanbul, Ankara, Roma, Riqabaşqa şəhərlərdə fərdi sərgisi keçirilib. Hazırda Parisdə təhsil alan rəssamın yaradıcılığıMənim gözəl dünyam”, “Prelude pour le printemps”, “Four seasons”, “Dance of colors”, “Land of fire” digər kitablarında əksini tapıb.

Təqvimin səhifələrində Məryəm ƏləkbərlininZamanın dörd rəngi”, “Azərbaycan rəqsləri”, “Azərbaycan muğamıseriyalarından əsərləri, “Qış səhləb çiçəkləri”, “Lalələrrəsmlərindən fraqmentlər digər əsərləri haqqında məlumat yer alıb.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 5.