Firəngiz
Əlizadə “Grammy” mükafatına namizəd
göstərilib
Beynəlxalq “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Azərbaycan musiqi ictimaiyyəti üçün çox əlamətdar hadisədir ki, üç namizəddən biri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.
“Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir. Bəstəkarlar İttifaqından bildirilib ki, ilk dəfə Azərbaycan bəstəkarı bu mötəbər mükafata nominant göstərilir. “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında digər iki namizəd amerikalı Lera Auerbax və dünyanın bir çox ölkəsində səhnəyə qoyulan “Anna Frankın gündəliyi” operasının müəllifi Meçislav Vaynberqdir.
Bu xəbərə
münasibət bildirən Firəngiz Əlizadə deyib: “Bu üç
namizəddən biri olmaq
mənim üçün böyük
uğurdur. Bu
mükafatı almağa nə qədər
şansımın olduğunu deyə bilmərəm,
lakin 2015-ci il
fevralın 8-də keçiriləcək təqdimat mərasiminə
artıq dəvət almışam. Mənim üçün
əlamətdar məqam odur ki, bu ali
mükafata məşhur amerikalı skripkaçı,
meqa-star Hillari
Hanın “Deutsche Grammofon”da işıq üzü
görən, musiqilərimdən ibarət alboma
görə namizəd göstərilmişəm”.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 4.