Şəkidə Prezident kuboku uğrunda IX çövkən milli oyunu başlayır

 

Dekabrın 17-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda IX çövkən milli oyunu üzrə yarışlara start verilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbir atüstü oyun ənənələrimizin qorunub saxlanılması, qədim tarixə malik atçılığın bərpası, ölkəmizdə atçılıq turizminin təbliği məqsədi daşıyır.

Dekabrın 22-dək davam edəcək yarışlarda respublikanın şəhər və rayonlarını təmsil edən 16 komanda iştirak edəcək. Bunlar Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın və Xaçmaz rayonlarını təmsil edən komandalar və paytaxtın «Sərhədçi», «Polad» və «Kövsər» klublarıdır. İştirakçılar 4 növdə - çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə yarışacaqlar. Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları və pul mükafatları təqdim ediləcək.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 3.