Londonun Vestminster sarayında
Vaqif Mustafazadə gecəsi
Beynəlxalq “Buta” Azərbaycan
İncəsənəti Festivalı
çərçivəsində daha bir möhtəşəm
konsert
Xəbər verdiyimiz kimi, “Buta” İncəsənət
Mərkəzinin təşkilatçılığı
ilə Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti
Festivalı keçirilir.
Dekabrın 16-da Londonun məşhur Vestminster sarayının mərkəzi zalında təqdim olunan növbəti, sayca beşinci konsert görkəmli pianoçu,
bəstəkar, caz-muğam
janrının banisi Vaqif Mustafazadəyə həsr edilib. Gecədə diasporumuzun təmsilçiləri,
yerli və xarici ictimaiyyətin nümayəndələri, caz
musiqisi həvəskarları
iştirak edib.
“Buta” İncəsənət
Mərkəzinin baş
direktoru Nəsib Piriyev konsertdən öncə çıxış
edərək Vaqif Mustafazadənin sənət
yolu haqqında məlumat verib. Bildirib ki,
Vaqif Mustafazadənin şöhrəti vəfatından
sonra da dünyaya səs salmaqda davam edib. 60-70-ci illərdə
"Orero" ansamblı,
"Qafqaz" caz üçlüyü, "Leyli"
və "Sevil" qadın vokal instrumental və "Muğam"
instrumental ansambllarına rəhbərlik
edən sənətkar
beynəlxalq caz müsabiqələri və
festivallarının laureatı
olub. Vaqif Mustafazadənin nadir muğam-caz sintezi Azərbaycan və dünya musiqisinə yeni bir janr
gətirib.
Vaqif Mustafazadə
sənəti bu gün Şərq və Qərb musiqisinin sintezini caz janrında ecazkar təcəssüm etdirən qızı Əzizə Mustafazadə tərəfindən uğurla
davam etdirilir.
“Buta” festivalının
növbəti tədbirləri
haqqında məlumat verən Nəsib Piriyev iştirakçılara
xoş gecə keçirməyi arzu edib.
Sonra gecədə
cazın “Azərbaycanlı
şahzadəsi” kimi tanınan Əzizə Mustafazadə özünün
bəstələdiyi musiqilərlə
yanaşı, klassiklərin
əsərlərini də
ifa edib. Caz ustasını
məşhur musiqiçilər
Ralf Cetto və Simon Zimbardo müşayiət ediblər. Onun ifasındakı muğam-caz
sintezi tamaşaçıların
böyük rəğbətini
qazanıb.
Daha sonra görkəmli saksafon ifaçısı
İqor Butman, gürcü müğənnisi
və bəstəkarı
Nino Katamadze Tamaz Kuraşvilinin (bas), David Abuladzenin
(nağara) və Zura Ramişvilinin (pianino) müşayiəti
ilə gecəyə rəng qatıblar.
Qeyd edək
ki, II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı
2015-ci ilin martınadək
davam edəcək və Londonun mərkəzində Novruz şənlikləri ilə
başa çatacaq.
Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 16.