Gənc modelyer Moskvada uğur qazanıb
Dekabrın 13-14-də Moskvada “Etno-Erato” II Avrasiya yüksək milli geyim modası
müsabiqəsi keçirilib. Ümumrusiya Azərbaycanlıları
Konqresinin əsas sponsorlarından biri olduğu müsabiqəyə
Rusiyanın və MDB ölkələrinin yüzədək
modelyeri qatılıb.
Müsabiqədə ölkəmizi gənc və istedadlı modelyerlər Zümrüd
Mirzəliyeva və Nərgiz İmanova təmsil ediblər. Zümrüd Mirzəliyevanın kolleksiyası
“Müasir geyimdə etnik motivlər” nominasiyasında ikinci yeri tutub. “Etno-Erato” II Avrasiya
yüksək milli geyim modası müsabiqəsi 15 ildir Moskva hökumətinin dəstəyi ilə keçirilir.
Layihə müxtəlif xalqların mədəniyyətlərinə
inteqrasiyaya, etnomədəni dialoqun inkişafına dəstək məqsədi
daşıyır.
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 13.