Muzey eksponatlarının bərpasında təcrübə mübadiləsi

 

Hollandiyalı mütəxəssislər azərbaycanlı bərpaçıların işləri ilə tanış olublar

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin dəvəti ilə hollandflamand incəsənəti kuratorlarının beynəlxalq təşkilatının - Mədəni İnventar Fondunun rəhbəri xanım Alie GotrterJan Hesseling bugünlərdə Bakıda səfərdə olublar. Dekabrın 15-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində qonaqlarla görüş keçirilib.

 

Fondun əsas fəaliyyəti beynəlxalq muzey kolleksiyalarında qədim hollandflamand rəssamlarının əsərlərinin tədqiqi və konservasiya işlərindən ibarətdir. Fond bu sahədə seminarlar, təlim və koordinasiya sərgiləri təşkil edir, özünün geniş məlumat bazasını yaradıb. Qurum Rusiyanın, Qazaxıstanın muzeylərində saxlanılan hollandflamand ustaların rəsm və qrafika əsərlərinin bərpa və konservasiyası işlərinə dəstək verib.

Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova qonaqlara mərkəzin tarixi və fəaliyyəti haqqında məlumat verdikdən sonra onlar azərbaycanlı bərpaçıların işləri ilə yaxından tanış olublar. XVIII əsr hollandflamand rəssamları Baltazar BesxeyinVeneraAdonis”, Frans Halsın “ Kişi portreti”, Antoni van DeykinJan van der Vauver” (surəti), Cerardın “İohan Baptist”, naməlum rəssamların “Əczaxana monastrı” və “Yaşlı qadın portreti” əsərlərinin bərpadan əvvəl və sonrakı foto-slaydları nümayiş etdirilib. Beynəlxalq ekspertlər bu eksponatların yüksək səviyyədə bərpa işlərinin aparılmasını qeyd ediblər.

Fondun direktoru Alie Gotrter muzey əşyalarının bərpa işləri ilə əlaqədar təcrübə mübadiləsinin əhəmiyyətindən danışaraq azərbaycanlı mütəxəssisləri Niderland Krallığının muzeylərində bərpa-konservasiya işlərinin öyrənilməsinə və fond tərəfindən təşkil olunacaq seminar və konfranslara dəvət edib.

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 15.