İstedadlı şair, ədəbiyyatşünas və filosof
Dekabrın 15-də
Tərtər rayon MKS-nin
Mərkəzi kitabxanasında Əməkdar incəsənət
xadimi, professor Rəfiq
Zəka Xəndanın 75 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbiri MKS-nin direktoru U.Qurbanova açaraq istedadlı şair, ədəbiyyatşünas və filosofun həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Rəfiq Zəka Xəndan Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən sənətkarlardan idi.
MKS-nin direktor müavini
R.İsmayılova, metodika-biblioqrafiya
şöbəsinin müdiri Ə.Süleymanova və Mərkəzi
kitabxananın müdiri Ş.Əliyeva
çıxış edərək, şairin
əsərlərinin əsas mövzusunun türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq
kimi mövzular olduğunu bildiriblər. Şagirdlər “Rəfiq
Zəki Xəndan - 75" başlıqlı sərgi ilə
tanış olublar. Tədbirin sonunda məktəblilər şairin
şeirlərini söyləyiblər.
Mədəniyyət.- 2014.- 19
dekabr.- S. 15.