Qədim irs, cəsurluq və çeviklik rəmzi

 

Prezident kuboku uğrunda 9-cu çövkən milli oyunlarına start verildi

 

Dekabrın 17-də Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar başlanıb.

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikamızın 13 rayonunu Bakı şəhərinin 3 idman klubunu təmsil edən 16 komanda mübarizə aparır. Bunlar Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın Xaçmaz rayonlarının, paytaxtın «Sərhədçi», «Polad» «Kövsər» komandalarıdır.

Dekabrın 18-də oyunların açılış mərasimində Şəki şəhər rəhbərliyi, Mədəniyyət Turizm Nazirliyinin məsul nümayəndələri, iştirakçı rayonlardan gəlmiş qonaqlar yerli azarkeşlər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən yaradılan Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb. Mədəniyyət Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması təbliği məqsədi daşıyır.

Vurğulanıb ki, 2013-cü ilin dekabrında Bakıda UNESCO Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun təşkilatın təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi çox böyük əhəmiyyət daşıyır. Bildirilib ki, çövkən oyununun bu siyahıya daxil edilməsi ölkəmizdə mədəni irs sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

Musiqi kollektivlərinin çıxışından sonra komandalarCəngisədaları altında tribunanın önündən keçərək meydana daxil olublar.

 

 

Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki BakınınKövsərkomandalarının oyununu izləyiblər. Gərgin keçən oyunda paytaxt təmsilçiləri 2:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, yarışların ilk günündə - dekabrın 17-də keçirilən seçmə oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: “Kövsər”-İsmayıllı - 3:0, Oğuz-Qəbələ - 5:0, Qax-Xaçmaz - 1:0, Yevlax-Goranboy - 1:0. Seçmə oyunlarda qalib gələn komandalar çövkən oyunu üzrə çıxışlarını davam etdirirlər. Uduzan komandalar isə yaylıq, papaq sürpapaq oyunları üzrə yarışırlar.

Yarışların çox maraqlı gərgin keçəcəyi heç kimdə şübhə doğurmur. Ötənilki yarışların qalibi BakınınSərhədçikomandası da, ötən il ikinci yeri tutan Ağcabədi təmsilçiləri , yarımfinalçılarPolad Balakən komandaları bu dəfə qələbə zəmindədirlər. Digər komandalar da kuboka iddialıdır. Bir sözlə, bizi çox maraqlı oyunlar gözləyir”, - bu sözləri Mədəniyyət Turizm Nazirliyi Aparatı rəhbərinin müavini - Kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov jurnalistlərə müsahibəsində deyib.

“Bu yarışları keçirməklə biz ata-babalarımızın min illər boyu icra etdikləri milli oyunları dirçəldirik. Azərbaycanın çövkən oyunu UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edildikdən sonra isə belə turnirlərin əhəmiyyəti daha da artıb”, - bu fikirləri isə Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev bildirib.

Prezident kuboku yarışlarına dekabrın 22-də yekun vurulacaq.

 

Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 8.