Böyük ədəbiyyatşünaslıq irsimüasirlik

 

Dekabrın 17-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, tənqidçi, tanınmış ictimai xadim, akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinə həsr edilmişBöyük ədəbiyyatşünaslıq irsimüasirlikmövzusunda elmi konfrans keçirilib.

Konfransı AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ölkə Prezidentinin 2014-cü il 15 aprel tarixli sərəncamı ilə akademik Məmməd Arifin yubileyinin qeyd edildiyini diqqətə çatdırıb. M.A.Dadaşzadənin ömür yolundan, zəngin elmi yaradıcılığından bəhs edən İ.Həbibbəyli alimin elmimizə, ədəbiyyatımıza dəyərli töhfələr verdiyini vurğulayıb.

Akademiklər Vasim Məmmədəliyev, Tofiq Hacıyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlı görkəmli alimin elmi irsi ilə bağlı fikirlərini bildirib, onun ədəbiyyat tariximizdəki mühüm yerirolundan danışıb, xatirələrini söyləyiblər.

Sonra Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri, filologiya elmləri doktorları Vaqif YusiflininAkademik Məmməd Arif və Azərbaycan ədəbi tənqidi”, Tahirə Məmmədin “Məmməd Arif Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimovanın “Məmməd Arif Dadaşzadə və dünya ədəbiyyatı” mövzularında məruzələri dinlənilib.

Alimin nəvələri, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Dadaşzadə elmimizə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 11.