Prezident kuboku uğrunda
milli atüstü oyunlar başa çatdı
Paytaxtın “Sərhədçi” komandası il
ərzində ikinci dəfə çövkən
yarışmasının qalibi
olub
Xəbər verdiyimiz kimi, dekabrın 17-dən 22-dək Şəki
rayonunun Daşüz kəndində yerləşən
Respublika Atçılıq
Turizm Mərkəzində
Prezident kuboku uğrunda 9-cu çövkən
milli oyunu üzrə yarışlar
keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər
İcra Hakimiyyətinin
dəstəyi ilə keçirilən yarışlara
Qəbələ, Ağstafa,
Ağcabədi, Goranboy,
Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın,
Xaçmaz rayonlarının
və paytaxtın «Sərhədçi», «Polad»,
«Kövsər» komandaları
qatılıb. 2006-cı ildən
etibarən ənənəvi
olaraq hər il keçirilən
bu yarışlar xalqımızın mədəni
irsi olan milli atüstü oyunların qorunub saxlanılması və təbliği məqsədi
daşıyır.
Dekabrın 17-19-da çövkən üzrə
seçmə oyunlar keçirilib. Seçmə oyunlarda uduzan
komandalar yaylıq, papaq və sürpapaq
oyunları üzrə
yarışıblar.
Yaylıq oyununda Qəbələ komandası birinci olub. Sonrakı yerləri İsmayıllı
və Goranboy rayonlarının komandaları
tutublar.
Sürpapaq oyunu üzrə finala Balakən və Ağcabədi komandaları çıxıb. Bu qarşılaşmada Balakən
komandası güclü
olub. Bu oyun
növündə üçüncü
yeri Laçın rayonunun komandası tutub.
Papaq oyununun finalında isə Oğuz və Yevlax komandaları üz-üzə gəlib və oğuzlular qələbə qazanıblar.
Dekabrın 20-də çövkən oyunu üzrə yarımfinal qarşılaşmaları keçirilib. Bakının “Kövsər” komandası Ağstafa təmsilçilərini
3:1, “Sərhədçi” komandası
isə Ağdam komandasını 4:1 hesabı
ilə məğlub edərək finala yüksəlib.
Dekabrın 22-də keçirilən final görüşündə
paytaxt komandaları -
“Sərhədçi” və
“Kövsər” qarşılaşıb. “Sərhədçi”lər 4:0 hesabı
ilə inamlı qələbə qazanaraq Prezident kubokuna sahib olublar. Üçüncü yer uğrunda
oyunda Ağstafa komandası Ağdam təmsilçilərini 1:0 hesabı
ilə məğlub edib.
Həmin gün milli atüstü oyunların təntənəli bağlanış
mərasimi keçirilib. Çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə fərqlənən komandalara
Mədəniyyət və
Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun
qalibi “Sərhədçi”
komandası, eyni zamanda yarışların
baş mükafatına
- Prezident kubokuna layiq görülüb.
Xatırladaq ki, bu, “Sərhədçi”nin il ərzində çövkən yarışmasında
qazandığı ikinci
qalibiyyətdir. Bu ilin mayında Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalının da qalibi «Sərhədçi»
komandası olmuşdu.
Sonda yarış
iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət
qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması
və dirçəldilməsinə
göstərdiyi diqqət
və qayğıya görə dövlətimizin
başçısına minnətdarlıq
ifadə olunub.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın çövkən oyunu
UNESCO-nun təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına
salınıb. Çövkən oyununun UNESCO-nun siyahısına
salınmasından sonra
ölkəmizdə milli
atüstü oyunlara maraq daha da
artıb. Bu sözləri Respublika Atçılıq Turizm Mərkəzinin direktoru
Elman Qədirov jurnalistlərə
müsahibəsində deyib.
Mərkəzin direktoru bildirib
ki, hazırda burada 100-ə yaxın at bəslənilir. Bu atlar əsasən ərəb, yerli, türkmən cinsi olan “Axaltəkə”, həmçinin təmizqanlı
ingilis atları və onların mələzləridir. Mərkəzdə saxlanılan atlardan əsasən milli atüstü yarışlarda,
həmçinin turist
gəzintilərində istifadə
olunur. Elman Qədirov bildirib ki, milli atüstü
oyunları indi daha gərgin keçir, komandalar arasında ciddi rəqabət yaranıb.
Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 7.