2014-cü il kino sahəsi üçün uğurlu olub

 

Dekabrın 19-da Nizami Kino Mərkəzində 2014-cü ildə kinematoqrafiya sahəsində görülən işlərə həsr edilmiş mətbuat konfransı keçirildi.

 

Tədbirdə Mədəniyyət Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, “Azərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov, “Salnaməsənədli filmlər studiyasının direktoru Nazim Hüseynov, “Yaddaşstudiyasının direktoru Cavid İmamverdiyev, “Azanfilmstudiyasının direktoru Fariz Əhmədov iştirak edirdi.

Sektor müdiri Yusif Şeyxov il ərzində nazirlik tərəfindən görülən işlər barədə məlumat verdi. Bildirdi ki, dövlət sifarişi ilə çəkilən filmlər bu il uğurla tamamlanaraq tamaşaçılara təqdim edilib. Nizami Kino Mərkəzi yeni filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılmasında yaxından iştirak edib. Gənc rejissorlarla işbirliyi öz bəhrəsini verməkdədir: “İl ərzində həyata keçirilənMotivlərkinoalmanaxı bütünlükdə gənc rejissorlara həvalə edildi. Bundan əlavə, bir sıra sənədli qısametrajlı filmlər məhz gənc mütəxəssislər tərəfindən ekranlaşdırıldı”.

Azərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov 2014-cü ili kino sahəsi üçün uğurlu hesab etdi. Bildirdi ki, kinostudiya 50-dən çox beynəlxalq film festivalında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb: “İlk dəfə olaraq Qarabağ mövzusundan bəhs edənNabatfilmi beynəlxalq festivalda iştirak edib. Ekran əsəri bir neçə mükafat qazanıb bu, Azərbaycan kinosunun uğurudur”.

Bu ilQisas almadan ölmə. Keçmişdən məktublar”, “Axırıncı dayanacaqfilmlərinin premyerası keçirilib. Qısametrajlı filmlər silsiləsindənSonuncu”, “İnikas”, “Çempion digər sənədli filmlər istehsal olunub.Qırmızı bağ”, “Əsgərin şücaəti”, “Dəyərli adlar”, “Motivlərkinoalmanaxı tamamlanmaq üzrədir, “İçərişəhər”, “Xeyir ilə Şərin rəqsibədii filmlərinin çəkilişləri davam edir. Müşfiq HətəmovAzərbaycanfilmkinostudiyasının yenidən qurulması ilə bağlı konseptual layihə üzərində işlərin yekunlaşdığını da diqqətə çatdırdı.

Tədbirdə digər kinostudiyaların rəhbərləri il ərzində görülən işlər haqqında məlumat verdilər. Bildirildi ki, “Azanfilmstudiyası bu il 3 animasiya filmini (“Gəlin, birlikdə öyrənək”, “Köhnə saat”, “Ən güclü kimdir?”) təhvil verib. Studiyada dörd sənədli ekran əsəri istehsal olunub.

Yaddaşstudiyasında isə milli qəhrəmanlarımıza həsr olunmuş 15 sənədli film istehsal edilib.

Sona çatan ilSalnaməstudiyası üçün uğurlu olub. Burada dövlət sifarişi iləCırtdan sehrli xalatanimasiya filmi, “Naxçıvan.az”, “Naftalan. Neft fenomeni” - ümumilikdə on ekran əsəri hazırlanıb. Rauf MəmmədovunSalnaməstudiyasında istehsal olunanQalibsənədli filmi Rusiyanın Samara şəhərində beynəlxalq idman kino televiziya filmləri festivalında I yerə, II Bakı İdman Filmləri Festivalında isəQran primükafatına layiq görülüb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 4.