Elçinin “Şekspir” əsəri
yenidən İstanbul Şəhər
Teatrında
Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış “Şekspir” tamaşası növbəti dəfə İstanbul Şəhər Teatrında teatrsevərlərin görüşünə gəlib.
Tamaşanın səhnə tərtibatı və quruluşu Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Abbasovaya məxsusdur. İki hissədən ibarət ekssentrik komediya türkiyəli aktyorlar - Selma Kutluğ, Sezai Aydın, Ertuğrul Postoğlu, Elçin Atamgüç, Murat Coşkuner, Nevzat Çankara, Ezgim Kılınç və Özgür Dağdan ibarət istedadlı truppanın ifasında təqdim olunub.
Tamaşanın Türkiyədə böyük maraqla qarşılandığını diqqətə çatdıran rejissor Məlahət Abbasova deyib: “Şekspir” insanların ruhunu oxşayan bir komediyadır. Bu tamaşa Türkiyədə səhnələşdiriləndən bəri 8 müxtəlif mükafatla təltif olunub. Üç dəfə “İlin ən yaxşı dekorasiyasi” mükafatını alıb. Tamaşada oynayanlardan altısı bu əsərə görə 2014-cü ildə “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub”.
Rejissor bildirib
ki, “Şekspir”i Türkiyənin digər şəhər
teatrlarında da səhnələşdirmək
barədə təkliflər alıb.
Mədəniyyət.- 2014.- 24
dekabr.- S. 3.