Lənkəranda
məktəbli gənclər üçün
yeni layihə
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində məktəbli gənclər üçün “Tariximiz qürurumuzdur” layihəsinə start verilib. Layihə çərçivəsində dekabrın 18-də “Hərb tariximizin tanınmış sərkərdələri” mövzusunda bilik saatı təşkil olunub.
Mərkəzin elmi
işçisi Ruhulla Şahbazi Azərbaycanın qədim tarixi, böyük sərkərdələri
haqqında məktəblilərə ətraflı məlumat verib. Şah İsmayıl
Xətai, Əliağa Şıxlinski, Xosrov
bəy Sultanov, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski, Cavad bəy Şıxlinski, Həzi Aslanov və başqa
görkəmli şəxsiyyətlərin tarixi
xidmətlərindən danışılıb, şagirdləri
maraqlandıran suallar
cavablandırılıb.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 13.