Tarixi həqiqətlərin
işığında
Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı” kitabının müzakirəsi və müəllifin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsinin xülasəsi keçirilib.
Tədbiri MKS-nin direktoru Nailə Əliyeva açaraq kitabın mənfur erməni xislətinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıdığını bildirib. Akademikin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsi dünyada baş verən prosesləri dərk etmək və düzgün qiymətləndirmək üçün qiymətli mənbədir.
Kitabxananın dövri mətbuat
zalının müdiri Leyla
İsgəndərli məqalənin qısa xülasəsini
diqqətə çatdırıb. Kitabxananın əməkdaşları
Gülzar Qasımova, Gülüstan
Rəhimova, Lalə Niftalıyeva, Nisə Əliyeva kitabın
və məqalənin əhəmiyyəti haqqında fikirlərini
bildiriblər.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 13.