Hürr olma, ey insan!

 

Qoca klounun keşkəsi...

 

İnsan bir doğulanda azad olur, bir öləndə. Çünki bütün ömrü boyu özünə tabe etmək istədiyi ruhunu onda anlayır. Heç vaxt çərçivələrə sığışdırmağı bacarmadığı ruhu bədəninə qalib gələrək onu tərk edir. Gərçi belədirsə nədir bədənin istəyi? Ömrü boyu yürütdüyü axmaq ideyalar, nakam arzular, tüfeyli planlar, pozuq ambisiyalar? Hansı şəhvətdir onu ruhundan qoparıb saxta hisslərin əsiri edən?

 

İnsan Allahın ona verdiyi azadlığı dəyərləndirə bilməyəndə özü-özünü köləyə çevirir. Rəhbər tutduğu bütün prinsiplərini xalta edib boğazına asaraq özündən imtina edib ətalətdə səadətinə qovuşur. Ömür yolunun bu qaçılmaz finalına teatral panoram etdikdə bir daha anladım ki, insanın ən böyük dostu düşməni özü, ən cılız rəqibi ağlı, ən axmaq yoldaşı arzuları, ən etibarsız bələdçisi hissləri, ən sadiq yandaşı köləliyidir.

Dövlət Pantomima Teatrı əvvəlimizi sonumuza calayıb bizdəkiBir mən vardır məndə, məndən içərikimi məşhur kəlamı qavramaq cəhdi bununla özümüzü bütləşdirmək xülyamızın üstündən bir xətt çəkəcək “Son ştrixyozdu. Tamaşa yenə sadiq pantomimasevərləri məhdud məkanda böyük teatr idealları ətrafında toplaya bildi.

Anşlaq olacağı əvvəldən bəlli idi. Məhdud yerlər doldu, əlavə oturacaqlarköməyəgəldi. tamaşa başladı.

İşıq səhnədə pərakəndə düzülən pyedestal, kub, şarlar digər əşyaların üzərini parlatdıqca mənzərə aydınlandı. Demək qoca, usanmış həm mübariz kloun sözsüzsözdeyiləcək. Deyildi . Özü qısa konkret, əlavə hay-həşirlərdən arınmış, lal-kar dildə: sən səni var edəndən qaçdın, ey rəzil...

Aktyor Bəhruz Vaqifoğlunun (o tamaşanın həm rəssamı musiqi tərtibatçısıdır) teatrın bədii rəhbəri baş rejissoru Bəxtiyar Xanızadə ilə həmmüəllifliyinin qələm quruluş "məhsulu" olan "Son ştrix" tamaşası bu dəfə ənənəvi ustad-şagird münasibətlərinə işarə etdi. İnkardan qaçışa, itaətsizlikdən mütiliyə qısa gəzişmələri canlandırdı. Əslində bu klassik eyhamla başlayıb pərdədən pərdəyə tam ayrı bir yönə kök saldı.

Belə ki, ilk səhnədə konkret ya şərti ustad sənətkar olan yaşlı kloun (B.Vaqifoğlu) şagirdlərinin, daha doğrusu, onun şagirdi olmaqla əslində həm onu inkar etmək istəyən ağıllı, güclü, hiyləgər axmaq-dürüst dördlüyün (Elman Rəfiyev, Elnur İsmayılov, Ceyhun Dadaşov, Nurlan Rüstəmov) gah qurbanına, gah oyuncağına, gah da quluna çevrildi. Amma bu elə asan olmadı. Şagirdlərinə təxəyyül azadlığına yol verməyən, yalnız özünün ifadə ehkamlarını tətbiq etməklə mənini isbata çalışan mühafizəkar xudbin kimi görünən müəllim deyəsən sonra aydın görünməyə başladı: o, fədakardır, təbiidir, özüdür. Həm safdır. Şagirdlərinin məkrini, əslində onu varlığından əxz etməklə yox olmağa məhkum edən niyyətlərini duya bilmir, bəlkə duymaq istəmir. Onların saxta sevgisi gözünü kor edib. Bu səhnələr tez yerini dəyişib gənclərin yaşlı sənətkara hörmət, qayğı hərəkətlərinin saxta olduğu məqamda - qoca klounun yaratdıqlarını məhv edib oğurlamaq, dağıtmaq dağıtdıqlarının üzərində heç yarada bilməyib yenidən öyrənmək - kölələşmək anında inandırıcı idilər.

Səhnə əsərində qısa zaman ərzində hər forma təzahürünü çox rahatlıqla tənzimlənmiş gördük. Burada harmoniya, nahamarlıqdan, çığırışan ideya həllindən qaçılıb. İncə, səthi, daha doğrusu, detalçılıqdan uzaq, bir növ əsl həqiqət elə onun yaranışındakı boyalar, səbəblərin fonundakı qığılcımlarla verilib. Aktyorlara gəlincə, onlar rollarına vahid kombinasiyada eyni zamanda hər biri öz çalarını vurmaqla yanaşıblar. Məsələn, özünü ağıllı göstərən şagird şəhadət barmağı ilə pırtlaşıq saçlarını beynini göstərir, güclü bir anda onu zəif edən əzələlərini, hiyləgər uğursuzluq məhkumiyyəti olan hoqqabazlığını, dürüst axmaq isə özünü gülünc bivec edən divanəliyindədir. Beləcə bax, sən, mən, biz bizi inkar edən onlar necə özümüzə qayıdırıq. Əslində istəyib, uğrunda savaşıb, necə məğlubiyyətimizə doğru gedirik.

Bütün bunlar sadədən mürəkkəbə doğru elə uğurla mizanlanmışdı ki, sən əslində qəhrəmanların faciəsinibax sənin haqqın budurkimi verib dərindən nəfəs ala bilirsən. Mənə görə bütün bunlar 45 dəqiqəlik tamaşada ideyanın birbaşa yozumundakı ənənədən qaçışın uğurlu həllini göstərə bildi. Konkretləşdirsək, ümumiyyətlə, "Son ştrix" səhnə əsəri adındakı hər iki sözün ifadəsini oturuşdura bildiyini nümayiş etdirdi. Demək tamaşa alındı. Bu mənada aktyorlar bütün detalları - cılız arzuları, rəzil sonları ilə usta biçimdə yozmağa nail oldular.

Yaşlı sənətkar rolunda çıxış edən gənc aktyor B.Vaqifoğlunun üzünün ifadəsindən tutmuş hərəkətlərinə qədər bütün zahiri daxili komponentləri personajla aktyorun yaş fərqinin sezilməzliyini təmin edəcək dərəcədə inandırıcı idi. Elman Rəfiyev Ceyhun Dadaşov ifa energetikaları obrazdan sıçrayışları, onun tələbinə uyğun emosiyaları ilə sadə anlaşıqlı idilər.

Pantomima Teatrının tamaşalarının özəl təqdimetmə qavrama cəhətlərindən biri olan maraqlı effekt bu işin finalını bəzədi. Qoca kloun yoxdan var etmək onu - yaratdığını yaradılışına xas boyalarla bəzəmək xəyalında öz səadətinə qovuşdu. Təbii buna istədiyi kimi nail olmasa da. O, qəhrəmanının xəyalında canlandırdığı heykəlini (Əli Əlizadə) yaratdı, onu bəzədi, özəl bir varlıq kimi bəslədi, qorudu. Amma yenə itirdi. İnsanlar onu bütün humanist duyğularından məhrum edərək ruh, təfəkkür, hürriyyət qatilinə çevirdilər. Axmaq, ağıllı, güclü hiyləgər sonda sənətkarın yaratdığına itaətlə özlərini əbədi boyunduruğa məhkum etdilər. Həm bunu sənətkarın, yorğun klounun şah əsərinin faciəsi kimi onun gözünə dürtməklə.

Demək, insan özündən qaçdıqca elə özünə - mütiliyinə, itaətkarlığına əbədi məğlubiyyətinə məhkum olur. Bütün bu əsrarəngiz məna məramlar fonundakı "Son ştrix" sadə rəssam işi seçkin musiqi tərtibatı ilə maraqlı idi. Bu anlamda xüsusilə sonda Həsən Seyidbəylinin məşhur ekran işlərindən olan "Nəsimi" filmindən seçmə ifaların müasir müşayiətlə lent yazısı tamaşanın finalına uyğun nöqtəni qoydu. Yəni, ey bəni insan, ey dünyanı xilas etmək üçün dünyaya gəlsə , öz faciəsini yazan varlıq,

 

Sən sana gər yar isən var, ey könül, yar istəmə!

Yarü dildar ol sana, sən yarü dildar istəmə!

Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 11.