Turizmin təbliğində
televiziyanın rolu
Rusiya kanallarında nümayiş olunan reklam çarxları və verilişləri 50 milyon tamaşaçı izləyib
Azərbaycanın turizm potensialının Rusiyanın turizm bazarında təbliğ olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ölkəmiz haqqında müxtəlif reklam çarxları və verilişlər hazırlanaraq "Rossiya-1", "Rossiya-2", "Moya planeta", "CTC" və digər telekanallarda nümayiş olunub.
Verilişlər siyahısına hər biri 26 dəqiqə olmaqla 2 hissədən ibarət "Nespokoynoy noçi" verilişinin Bakı şəhərinin gecə həyatını əks etdirən buraxılışlarını qeyd etmək olar. Həmin buraxılışlar efirə getdiyi gündən youtube vasitəsilə təxminən 300 min dəfə izlənilib.
Mart ayında Novruz bayramı haqqında 78 dəqiqədən ibarət 3 film hazırlanıb və "Planeta vkusov" layihəsində nümayiş olunub. Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında "Za kadrom" televiziya layihəsinin çəkiliş qrupu ölkəmizə səfər edib və Bakı, Quba və Xızıda çəkilişlər aparıb. Azərbaycana həsr olunan buraxılışlar "Rossiya-1", "Rossiya-2" kanallarında nümayiş etdirilib.
Bu il noyabrın əvvəlində Göyçayda keçirilən “Nar bayramı" zamanı Rusiyadan dəvət olunan heyət tərəfindən geniş veriliş hazırlanıb və 2015-ci ilin mart ayından etibarən "Ne jiznı, a prazdnik: Prazdnik qranata" layihəsində nümayiş olunacaq.
Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə
2014-cü ildə Rusiya telekanallarında nümayiş olunan reklam çarxlarını və verilişləri
keçmiş sovet məkanında
50 milyon tamaşaçı izləyib.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 9.