“Həyatın
anları”
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bir-birimizi tanıyaq” layihəsi çərçivəsində “Həyatın anları” adlı fotosərgi açılıb. Layihə təhsil ocağının və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbə gənclər təşkilatının birgə təşəbbüsü nəticəsində reallaşıb.
Layihə çərçivəsində ilk sərginin müəllifi ADİU-nun təmsilçisi Cəlal Kəngərlidir. Onun sərgidə 50 fotoşəkli nümayiş olunub. Fotolarda müəllif insan həyatının ecazkar anlarını əks etdirib.
Sərginin açılış
mərasimində ADMİU-nun rektoru, professor Fərəh
Əliyeva, professorlar Məryəm
Əlizadə, Gülşən Əliyeva-Kəngərli
çıxış edərək layihənin əhəmiyyətindən,
ali məktəblər arasında əlaqələrin
daha da güclənməsindən
söz açıb, müəllifə uğurlar arzulayıblar.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 7.