Turizm mənzərəsi əsas
statistik göstəricilərdə
Başa çatmaqda olan ilin turizm
statistikası bir sıra göstəricilər
üzrə artımın
olduğunu göstərir. Bu il ölkəmizdə
fəaliyyət göstərən
turizm müəssisələrinin
sayı 10,5% artaraq 276-ya çatıb.
Keçən illə
müqayisədə turizm
şirkətlərində işçilərin
sayında, məhsulun
və xidmətlərin
satışından əldə
olunan gəlir və turizm agentliklərinin komisyon və digər mükafatlarının məbləğində
də artım baş verib.
2011-2014-cü illər ərzində ölkə ərazisində yerləşdirmə
obyektlərinin sayı
508-dən 527-dək artıb. Statistik
göstəricilər cari
il ərzində yerləşdirmə obyektlərindəki
yerlərin sayında
6%, otaqların sayında
7%, yerləşdirmə vasitələrində
çalışanların sayında isə 5,8% artığını göstərir.
Respublika üzrə yerləşdirilmiş
şəxslərin 80%-i
ölkəmizə turizm
məqsədilə gələnlərdir. 2008-2014-cü
illər ərzində
mehmanxana və bu tipli obyektlərdə
qalmağa üstünlük
verən xarici vətəndaşlar arasında
Böyük Britaniya, Türkiyə, Rusiya və İran vətəndaşları üstünlük
təşkil edib.
Bu illər ərzində
sözügedən ölkələrdən
Azərbaycana gələnlər
arasında işgüzar
turistlərin xüsusi
çəkisi vardır.
Konkret olaraq 2014-cü ildə bu 4 ölkədən Azərbaycana işgüzar
məqsədli səfər
edənlərin sayı
işgüzar turistlərin
ümumi sayının
25%-ni təşkil edir.
Turizm sahəsində
çalışan işçilərin
sayını 2 kateqoriya
üzrə qiymətləndirsək,
hər bir kateqoriyada artımın olduğunu müşahidə
edə bilərik. Turizm sahəsində
çalışanların sayı (turizm şirkətləri və
yerləşdirmə vasitələri
üzrə) 2009-2014-cü illər
ərzində 7330-dan 9874-ə çatıb. Turizm sahəsində
çalışan işçilərin
sayı keçən
illə müqayisədə
3% artıb.
Keçən illə müqayisədə
Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və bir sıra
digər Avropa və dünya ölkələrindən gələnlərin
sayında artım müşahidə edilib. Bununla belə, ölkəmizə gələn
Rusiya, Ukrayna və İran vətəndaşlarının sayında məlum səbəblərə görə
(Rusiyada rublun məzənnəsinin düşməsi
və iqtisadi böhran, Ukraynada qeyri-stabil siyasi vəziyyət və İranda sosial-iqtisadi vəziyyətin gərginliyi)
nisbi azalmanın olması faktına əsaslanaraq 2014-cü il ərzində Azərbaycana gələn xarici vətəndaşların
ümumi sayında azalmanın müşahidə
ediləcəyini güman
etmək olar.
Lakin 2015-ci ildə
ölkəyə gələcək
turist sayında artımın olacağı
proqnozlaşdırıla bilər. Buna əsas
səbəb ilk dəfə
olaraq keçiriləcək
I Avropa Oyunlarına ölkəmizin ev
sahibliyi etməsidir.
Dünya Səyahət və Turizm
Şurasının (WTTC) qiymətləndirməsinə görə,
cari il ərzində
ÜDM-də turizmin birbaşa
çəkisi 1,3 milyard manat,
ümumi çəkisi isə 4,9 milyard manat olub
ki, bu da
öz növbəsində göstəricilərin
müvafiq olaraq 2,4% və
8,8%-ni təşkil edir.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 5.