Turizm şirkətləri və mehmanxanalarda monitorinqlər

 

Turizm şirkətləri və mehmanxanalarda turistlərə göstərilən xidmət səviyyəsinin, maddi-texniki bazasının yoxlanılması, mövcud problemlərin aradan qaldırılması və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

İl ərzində Bakıda fəaliyyət göstərən 211 turizm şirkətində və 128 mehmanxanada, həmçinin respublikamızın regionlarında fəaliyyət göstərən 131 mehmanxanamehmanxana tipli obyektdə monitorinqlər keçirilib. Mehmanxanalarda təhlükəsizlik, infrastruktur, mətbəx və restoran bölməsi, işçilərin peşə hazırlığı və digər sahələr yoxlanılıb. Turizm şirkətləri tərəfindən bağlanılan müqavilələr, işçilərin bilik və bacarıqları, təcrübələri, göstərdikləri xidmətlər və s. yoxlanılıb. Müvafiq xəbərdarlıq edilmiş turizm obyektlərinə təkrar baxışlar keçirildikdən sonra nöqsanları aradan qaldırmayan obyektlərə qarşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək xarici turistlərin sayı artacaq. Turizm obyektləri tərəfindən göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması və dövlət standartlarına uyğunluğunu təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlər 2015-ci ildə də keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 5.