Bakı Musiqi Akademiyasında qala-konsert

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında klassik musiqi ifaçılarının qala-konserti olub. Konsertdə BMA-nın opera studiyasının solistləri, xoruorkestri iştirak ediblər. Bədii rəhbər və baş dirijor Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimov, baş xormeyster Azərbaycanın Xalq artisti, professor Gülbacı İmanovadır.

Konsertdə Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Aytac Şıxəlizadə, Adil Axundov, Anton Ferştandt və başqaları çıxış ediblər. Tamaşaçılara dünya opera repertuarından parçalar təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 4.