Turizmin elektron marketinq vasitələri ilə təbliği

 

Son vaxtlar elektron vasitələrin mühüm effektiv marketinq kanalına çevrilməsi turizm sahəsində geniş istifadəyə zəmin yaradıb. Mədəniyyət Turizm Nazirliyi tərəfindən yaradılmış www.azerbaijan.travel milli turizm portalı daxili xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları, turizm şirkətləri mehmanxanaları barədə geniş məlumat bazası təbliğat vasitəsi rolunu oynayır. Sayt 2013-cü ildə Azərbaycan, ingilis, rus Çin dillərində yaradılıb, 2014-cü ildə türk, fransız alman versiyaları istifadəyə verilib. Beləliklə, ölkəmizin rəsmi turizm internet portalı artıq 7 dildə fəaliyyət göstərir. Bu il ərzində sayta Azərbaycan, Rusiya, Böyük Britaniya, Ukrayna, ABŞ digər ölkələrdən təxminən 600 min istifadəçi daxil olub.

Bu dövrdə nazirliyin turizm üzrə facebook səhifəsində ölkəmizin turizm potensialı haqqında materiallar yerləşdirilib. Nazirliyin turizm üzrə facebook səhifəsi izləyicilərin sayına görə (like üzrə) dövlət qurumları tərəfindən yaradılmış müvafiq səhifələr sırasında 4-cü yerdədir.

Gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman rus saytlarında müvafiq elektron bannerlər yerləşdirilib, onlayn müsabiqələr keçirilib. Azərbaycanın regionlarının turizm potensialı bloqqerlər tərəfindən təbliğ olunub. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən iki layihə üzrə regionlarla bağlı ümumilikdə 25 məqalə hazırlanıb, yüzlərlə şəkil yayımlanıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 3.