Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert

 

Dekabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təqdim edilib.

Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) nəzdində fəaliyyət göstərən “Baku Simfoniettaorkestri çıxış edib. Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Konsertdə Qara QarayevinLeyli və Məcnun” simfonik poeması, Soltan Hacıbəyovun “Karvansimfonik lövhəsi və Sergey ProkofyevinRomeoCülyetta” baletindən birinci süita səsləndirilib.

Qeyd edək ki, “Baku Simfoniettaorkestri bu ilin fevral ayında ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb. Əsasını beynəlxalq müsabiqələr laureatları təşkil edən kollektiv yarandığı qısa müddətə baxmayaraq, bir neçə uğurlu konsert veribmusiqi ictimaiyyətinin diqqətini özünə cəlb edib.

Orkestrin repertuarında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 3.