Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konserti

 

Dekabrın 24-də Heydər Əliyev Sarayında Mədəniyyət Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı iləBakı gecələri-2014” estrada mahnı festivalının qala-konserti keçirilib. Qala-konsertdə 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş festivalın təşkilat komitəsi tərəfindən seçilərək proqrama daxil edilən 24 mahnı səsləndirilib.

İki ildən bir təşkil edilən festivalın məqsədi Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi estrada mahnı janrının inkişafıdır.

Gecədə festivalın laureatı adına layiq görülmüş müğənnilər çıxış edib onlara Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi tərəfindən mükafatlar təqdim olunub.

Estrada müğənnilərinin rəngarəng ifaları alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 3.