Bişkekdə
“Azərbaycan günü”
Azərbaycanın
Qırğızıstandakı səfirliyi və
Qırğız-Türk “Manas” Universitetinin təşəbbüsü ilə
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə
Bişkekdə “Azərbaycan günü” keçirilib.
Əvvəlcə iştirakçılar universitetin foyesində Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ölkəmizin inkişafı və Dağlıq Qarabağ münaqişəsinə dair kitab sərgisi ilə tanış olublar. Həmrəylik Günündən bəhs edən sənədli film nümayiş etdirilib.
Universitetin rektoru Səbahattin Balcının açılış nitqindən sonra Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi haqqında məlumat verib. Bildirilib ki, bu gün dünyada 50 milyon azərbaycanlı yaşayır. Xaricdə yaşayan soydaşlarımızın problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd edilib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etməkdədir.
Qırğızıstan xarici işlər nazirinin müavini Erines Otorbayev, Jokorku Keneşinin deputatı,
Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kurmanbek Dıykanbayev, Özbəkistanın bu ölkədəki səfiri Komil
Rəşidov, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev,
Qırğız-Türk “Manas” Universitetinin prorektoru
Asılbek Kulmırzayev və başqaları
çıxış edərək dünya
azərbaycanlılarını bayram
münasibətilə təbrik ediblər. Mərasim konsert proqramı ilə başa
çatıb.
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 2.